Aktyor həyat xilas etdi
25 May 2016 18:58 DünyaBəzi insanların fanatları olduğu ulduzlara görə canfəşanlıq etməsi heç də yaxşı hal deyil. Bəzən fanatizm elə bir həddə çatır ki, real ölüm təhlükəsi də yaradır. Məşhur akryor 52 yaşlı Bred Piti görməyə gələnlər də hisslərinə hakim ola bilməyib və ona olan sevgilərini açıq şəkildə büruzə verməyə çalışıb. Amma az keçməyib elə vəziyyət yaranıb ki, Bred Pitt şəxsən onların bu hərəkətinə görə üzülüb.
ATV.az bildirir ki, hadisə İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərinə "5 dəqiqəlik" sükut filminin çəkilişi vaxtı yaranan fasilə zamanı baş verib. Çəkilişi izləməyə gələn fanatları aktyorun fasiləyə çıxdığını görüncə, onu alqışlamağa başlayıb. Hollivud ulduzu da fanatların sevgisinə biganə qalmayaraq, dəmir hasara tərəf gəlib və dəstəyə görə onlara təşəkkürünü bildirib. Lakin bu zaman körpə bir qızın böyüklərin ayaqları altında qaldığını görən aktyor dərhal olaya müdaxilə edib və balacanı mühafizəçilərin köməyi ilə fanatların əhatəsindən çıxarıb.
Göründüyü kimi, körpə böyüklərin əhatəsindən çıxarılsa da, huşunu itirib və bir müddət özünə gələ bilməyib. Çəkiliş meydançasında olan həkimlər dərhal ilkin yardım göstərərək, azyaşlını ayıldıb. Aktyor isə yalnız anasının körpənin yanında olduğuna əmin olandan sonra işinə davam edib.