Antibiotiklər yaddaşa pis təsir edir

Alimlər hesab edirlər ki, antibiotiklərin uzun zaman ərzində qəbulu yaddaşa pis təsir edir. ATV.az-ın məlumatına görə, tədqiqatların nəticələri "Cell Reports" jurnalında dərc edilib.Eksperimentlər zamanı alimlər 210 laboratoriya siçanına əvvəl adi su, sonra isə antibiotiklər əlavə ediblər. Nəticələrə əsasən, üzərində təcrübə aparılan heyvanların bağırsaqlarında mikroflora dəyişiklikləri ilə yanaşı, hippokamplarında da dəyişmələr baş verir.

Hippokamp isə beyində yaddaş və emosiyaların əmələ gəlməsinə cavabdeh orqandır. Bu dəyişmələr nəticəsində hippokampların yeni əsəb hüceyrələri yaratmaq qabiliyyəti zəifləyir. Alimlər iddia edirlər ki, siçanları əvvəlki vəziyyətə qaytarmaq bağırsaqlarındakı mikrofloranı bərpa etməklə yanaşı, fiziki məşqlərdən  sonra mümkün olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00