18 yaşlı qız infarktdan öldü

Türkiyənin Dənizli şəhərinin Acıpayam ilçəsində yaşayan Qız Peşə Liseyinin 12-ci sinif şagirdi Əminə Taşlı infarkt keçirib. Publika.az bildirir ki, Yeşilyuva Məhəlləsində yerləşən evlərində olan 18 yaşlı gənc qızın halı qəfildən pisləşib. Dərhal Pamukkale Universiteti Xəstəxanasına aparılan gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Onun qəfil ölümü ailəsini, sinif yoldaşlarını və müəllimlərini yasa batırıb. Əminə Taşlı Yeşilyuva qəbiristanlığında dəfn edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00