Nurgül Yeşilçay həbs oluna bilər
25 May 2016 19:10 DünyaAktrisa Nurgül Yeşilçay həbs oluna bilər. Türkiyə mətbuatı bildirir ki, onun Erkan Petekkaya ilə arasındakı mübahisələr daha da böyüyür. Bakırköy prokurorunun açıqlamasına görə, Erkan Nurgülün ona mesaj yazaraq təhqir etdiyinə görə şikayət edib, aktrisanın 3 aydan 2 ilə qədər həbs olunmasını tələb edib. Nurgül isə özünü müdafiə etmək üçün elə mesajlar yazdığını bildirib. "Əslində təhqir olunan mənəm. Mənim onu təhqir etmək məqsədim yox idi. Hədsiz birinə ancaq belə cavab verə bilərdim".
Qeyd edək ki, məhkəmə prosesi davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00