Çox uzun saçlı 8 qadın ölkəni dolaşır
25 May 2016 18:28 DünyaOnların hər birinin saçının uzunluğu təqribən 3,5 metrdir. Dediklərinə görə, buna nail olmaq üçün 20 ildən bəri saçlarına qayçı vurmayıblar. Üstəlik, belə uzun saçlar ciddi qulluq tələb edir. AsiaOne bildirir ki, Çində "Minlərlə kilometrdən uzanan saçlar" adlı qrupun tərkibindəki 8 uzunsaçlı qadın QİÇS/HİV virusuna qarşı mübarizə kampaniyası çərçivəsində ölkə şəhərlərinə səfərlər edirlər. Dünən onlar Çinin şərqindəki Şandun vilayətində, Szinin şəhərində olublar. Qrupdakı qadınlar Pekin, Şandun, Hubey, Quansi, Şansi, Henan və Szilindəndirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00