Dağıstanda polisi atəşə tutublar
25 May 2016 11:25 DünyaDağıstanın Şamil rayonu ərazisində silahlılar polis əməkdaşlarını atəşə tutublar. Modern.az saytı xəbər verir ki, b u barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. "Dağıstanın Şamil rayonunda silahlılar retranslyasiya qülləsinə atəş açıblar. Silahlılar hadisə yerinə gələn polis əməkdaşlarını da atəşə tutublar", - deyə mənbə bildirib. Hazırda hücum edən şəxslərin axtarışları davam etdirilir. Retranslyasiya qülləsində partlayıcı qurğunun olub-olmaması yoxlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00