Ukrayna ordusu 1 ildə ən böyük itkilərini verdi: 7 ölü, 9 yaralı
24 May 2016 18:32 DünyaUkrayna Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov son sutka ərzində Donbasda baş verən toqquşmalarda 7 ukraynalı hərbçinin öldürüldüyünü, 9 nəfərinin isə yaralandığını deyib. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, katib insidentin son 1 il ərzində Ukrayna ordusunun uğradığı ən böyük itkilər olduğunu deyib. Ukrayna prezidentinin hərbi məsələlər üzrə məsləhətçisi Aleksandr Motuzyanik baş verənlərə görə məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00