Acun o yarışmanın münsiflərini dəyişdi
24 May 2016 18:53 DünyaTV8-in rəhbəri Acun İlıcalı "Rising Star" yarışmasının münsif heyətini dəyişib. Türkiyə mətbuatının məlumatına görə, münsiflər kürsüsündə oturacaq ilk ad artıq dəqiqləşib. "Survivor" yarışması ilə yenidən gündəmə gələn müğənni Yılmaz Mörgül proqramın ilk sürprizi olub. İddialara görə, digər münsiflər arasında müğənni Mustafa Sandalın həyat yoldaşı, Emine Sandal və müğənni Yalın yer alacaq. Aparıcı isə Öykü Serter olaraq qalacaq.
Qeyd edək ki, "Rising Star"da keçən il Mustafa Sandal, Gülben Ergen, Demet Akalın və Fuat Güner münsiflik edib.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00