Britaniyanın müdafiə naziri: Rusiyadan gələn təhlükə artıb
24 May 2016 18:29 DünyaBöyük Britaniyanın müdafiə naziri Maykl Fellon hesab edir ki, Rusiya tərəfindən gələn təhlükə artıb. Bu barədə TASS xəbər verir. Nazir bildirib ki, son zamanlar Rusiya Silahlı Qüvvələrinin mpdernləşdirilməsinə sərmayələr yatırıb: "Rusiyadan gələn təhdidlər artıb. Və biz öz imkanlarımızı və gücümüzü qiymətləndirərək, bütün bu amillərə diqqət yetirməliyik". M.Fellon deyib ki, NATO gələcəkdə istənilən növ təhdidə müqavimət göstərəcək: "Buna sübut isə iyulda Varşavada Alyansın sammitinin qərarları olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00