Uorlik: "Məqsədimiz hərtərəfli sülh razılaşmasına gətirib çıxara biləcək danışıqlar üçün zəmin yaratmaqdır"
24 May 2016 18:13 DünyaHəmsədrlərin regiona təcili səfər etməklə bağlı planları yoxdur. Bu barədə açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. Diplomat qeyd edib ki, həmsədrlər prezidentlərin razılaşdırdığı kimi, iyun ayında gözlənilən sammitə hazırlıq məqsədilə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşməyə ümid edir: "Bizim məqsədimiz hərtərəfli sülh razılaşmasına gətirib çıxara biləcək danışıqlar üçün zəmin yaratmaqdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00