İŞİD-in "paytaxtı" sayılan Rakka şəhərinin azad edilməsi üçün əməliyyata başlanılıb

Suriyada İŞİD terror təşkilatının "paytaxtı" hesab olunan Rakka şəhərinin terrorçulardan azad edilməsi üçün bu gün günorta saatlarında hərbi əməliyyatlara başlanılıb. "Milliyet" qəzetinin verdiyi xəbərə görə, hərbi əməliyyatlar PKK terror təşkilatının Suriyadakı qolu YPG, "Əhrar Rakka" və "Liva Təhrir" briqadaları tərəfindən aparılır. Koalisiya qüvvələrinin hərbi əməliyyatlara havadan dəstək verəcəyi bildirilib. Hücuma Kobani şəhərinin cənubundan başlanılıb. İlk hədəf kimi Rakka şəhərinin şimaldan mühasirəyə alınması planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00