“İnstaqram”dan növbəti

Şəkil və video paylaşma platforması "İnstagram" müəyyən təşkilati istifadəçilər üçün yenilik tətbiq etməyə hazırlaşır. ATV.az-ın məlumatına görə, yenilik firmaların "İnstagram" izləyicilərinə asanlıqla nəzarət edə bilməsini təmin edəcək.  Digər tərəfdən sosial şəbəkənin yaxın zamanlarda istifadəyə verəcəyi "təqibçi" yeniliyi izləyicilərin qız və ya oğlan olması, onların yaşları kimi bir çox xüsusiyyətləri istifadəçilərə çatdıracaq. Ötən həftə milyonlarla istifadəçisi olan şəbəkə onu məşhurlaşdıran loqosunu dəyişib. iOS və Android platformalarındakı yenilənmə ilə "İnstagram" yeni görkəmə bürünüb. "İnstagram"ın dizayn komandasının rəhbəri İan Spalterin sözlərinə görə, dəyişikliyin səbəbi incə cizgilərlə istifadəçilərin zövqünü oxşamaq, daha estetik bir görünüş yaratmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00