Diaspor və ictimai təşkilatlar "Şəhid ailələrinə dəstək kampaniyası"na start verib

Diaspor və ictimai təşkilatlar "Şəhid ailələrinə dəstək kampaniyası"na start verib

Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə "Şəhid ailələrinə dəstək kampaniyası"na start verilib. "OLAYLAR"-a daxil olan məlumata görə. kampaniyanın təşəbbüskarları Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir.

Dekabrın 4-də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında kampaniyanın detalları müzakirə olunub. Həmçinin kampaniya zamanı görüləcək işlərin vəzifə bölgüsü aparılıb.

Humanitar xarakterli kampaniyanın məqsədi şəhid ailələrinə maddi və mənəvi dəstək göstərməkdir.

Kampaniya çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl ərəfəsində əvvəlcədən nəzərdə tutulmuş 10 şəhid ailəsinin evində görüş keçiriləcək, həmçinin şəhid övladlarına hədiyyələr təqdim ediləcək.

Xatırladaq ki, kampaniyaya Azərbaycandan 30 QHT və xaricdən 10 diaspor təşkilatı qoşulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31