Milli Məclisin xüsusi iclası başa çatıb

Spiker: "Vaşinqton razılaşmaları ölkəmizin həyatında yeni səhifə açmışdır"

Milli Məclisin "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclas başa çatıb. Növbədənkənar sessiyaya Dövlət himninin səsləndirilməsi ilə yekun vurulub. İclasa yekun vuran Sahibə Qafarova qeyd edib ki, müzakirə zamanı çıxışlarda dərin fikirlər səsləndi, dövlət başçısının həyata keçirdiyi siyasətlə bağlı qürur və Azərbaycanın xoşbəxt gələcəyinə əminlik ifadə olundu:  "Yekun olaraq, bir daha düşünürəm ki, əminliklə demək olar ki, Vaşinqton razılaşmaları ölkəmizin həyatında yeni səhifə açmışdır. Möhtərəm cənab Prezident İlham Əliyevin sayəsində Azərbaycan nəinki milli maraqlarını müdafiə etmiş, həm də regionda yeni geosiyasi reallıqlar yaratmışdır. Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masası arxasında ədaləti bərqərar etməyə qadirdir. Bütün bu uğurlara görə biz möhtərəm cənab Prezidentə bir daha minnətdarlığımızı bildirərək, ölkəmizi yeni qələbələrə aparmaq naminə dəyərli fəaliyyətində ona böyük uğurlar arzulayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31