Cəsarət Valehov nazir müşaviri təyin olundu

Cəsarət Valehova yeni vəzifə verilib.

Olaylar xəbər verir ki, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub.

C. Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışırdı. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31