İcra başçısı onu özünə birinci müavin təyin etdi
9 Aprel 2024 14:26 Daxili siyasətBakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısına birinci müavin təyin edilib.
Olaylar.az xəbər verir ki, manset.az-ın əldə eydiyi məlumata görə, icra başçısı Elxan Allahverdiyevin əmri ilə, Hacıbaba Babayev Adil oğlu başçının birinci müavini vəzifəsinə təyinat alıb.
O, bu təyinata qədər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, bir müddət öncə Binəqədi Rayon İcra Hakimiyyəti başçısına birinci müavini Leysan Məmmədov Novruz oğlu qısa müddət çalışdıqdan sonra istefa vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31