Vilayət Eyvazovdan İsmayılovla bağlı ƏMR

Nərimanov Rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi, polis mayoru Cavid İsmayılov tutduğu vəzifədən azad edilərək Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəisi müavini təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31