Xankəndi məhkəməsinə sədr təyin olunan İlkin Abdullayev kimdir? – DOSYE
8 Aprel 2024 14:23 Daxili siyasətXəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.
Olaylar xəbər verir ki, İ. Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.
Əvvəllər Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31