Vilayət Eyvazovdan Xankəndi Polis Şöbəsinə yeni təyinat

Xankəndi Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinə yeni rəis təyin edilib. 

Olaylar xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tutduğu vəzifədən azad edilərək, Xankəndi Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi təyin olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31