23 yaş məhdudiyyəti aradan qaldırılmalıdır-Komitə sədri
29 Mart 2024 12:51 Daxili siyasət"Şəhid ailə üzvləri və valideyn himayəsindən məhrum olan uşaqlar üçün 23 yaş məhdudiyyətinin aradan qaldırılmasın". Olaylar xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında deputat Musa Quliyev çıxış edib: "Müharibə veteranları istədiyi vaxt təhsil ala bilir. Amma şəhid ailə üzvləri və valideyn himayəsindən məhrum olan uşaqlar üçün bu imkan yoxdur. Onlar yalnız 23 yaşa qədər dövlət hesabına təhsil ala bilirlər. Bu məhdudiyyət aradan qaldırılmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31