"Bələdiyyələrlə bağlı xırda məsələləri həll edə bilməmişik"-Deputat
29 Mart 2024 12:08 Daxili siyasət"Azərbaycanda 24 ildir ki, bələdiyyələr var. Amma biz hələ də xırda məsələləri həll edə bilməmişik". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.
"Azərbaycanda hələ hər hansı bələdiyyənin məktəbi, teatrı, xəstəxanası və s. yoxdur. Çünki bələdiyyələrin maliyyə imkanları yoxdur. Bu məsələnin həlli üçün çalışılmalıdır. Belə ki, bir kənd yerində maliyyə imkanı olmayan bələdiyyə layihələri necə həyata keçirəcək?"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31