Deputat Neftayırma zavodunun şəhərdən kənarlaşdırılmasını təklif edib
29 Mart 2024 12:08 Daxili siyasətBakı şəhərinin mərkəzində yerləşən Neftayırma zavodu şəhərdən kənarlaşdırılmalıdır. Olaylar xəbər verir ki, bunu Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib. Bildirib ki, sözügedən zavodda hansısa terror hadisəsi baş versə şəhər sakinlərinə ciddi ziyan dəyə bilər.
Deputat həmçinin Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edilib: "Rusiyada baş verən terror hadisəsindən sonra bizə də gəlib bir məlumat verilməlidir ki, ölkədə təhlükəsizlik səviyyəsi hansı səviyyədədir, hansı işlər görülür. Allah eləməsin. Bizdə belə hadisə baş verərsə, bizim hansı gücümüz var?"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31