Diaspor təşkilatının mətbu orqanı işıq üzü görüb
Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin mətbu orqanı – “Üç çizgi” jurnalının ilk sayı çapdan çıxıb.Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, jurnalının təsisçisi Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, redaktoru Rza Mammadov və mətbuat müdiri Aygün Öztürkdür.
31 Mart 2017 12:56 SosialTürkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin mətbu orqanı - "Üç çizgi" jurnalının ilk sayı çapdan çıxıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, jurnalının təsisçisi Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, redaktoru Rza Mammadov və mətbuat müdiri Aygün Öztürkdür. "Üç çizgi" jurnalı Azərbaycan Respublikasının dövlət bayrağındakı Azərbaycan xalqının türk mənşəli olmasını, müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini və islam sivilizasiyasına mənsubluğunu ifadə edən üç üfüqi zolağın şərəfinə belə adlanır. Jurnalda oxuculara Azərbaycan, Türkiyə, o cümlədən digər ölkələrdən təqdim olunan elmi məqalələr, reportajlar, tarixi-elmi araşdırmalar və qısa hekayələr yer alacaq. Jurnalda çap olunmaq istəyənlər öz yazıılarını [email protected] elektron poşt ünvanına göndərə bilərlər. Jurnal Türkiyə türkcəsində 3 ayda 1 dəfə nəşr olunacaq.