Sahibkarlığın inkişafına mane problemlər araşdırılıb
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Sahibkarlığın inkişafına mane olan bəzi problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa müzakirələri təşkil edib.
28 Oktyabr 2016 17:50 Sosialİqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində "Sahibkarlığın inkişafına mane olan bəzi problemlər və onların həlli yolları" mövzusunda dəyirmi masa müzakirələri təşkil edib. "OLAYLAR"-a daxiul olan məlumata görə, müzakirədə dövlət qurumlarının, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edib. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev tədbir iştirakçılarına "Kiçik sahibkarlığın inkişafına dəstək" layihəsinin icra edildiyi 4 il yarım ərzində ölkədə kiçik sahibkarların üzləşdiyi problemlərin araşdırılması və bunların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə qısa məlumat verib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov müzakirəyə çıxarılan məsələlərin sahibkarlar üçün əhəmiyyətindən danışıb. Sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü, layihənin eksperti Samir Əliyev "Fermer torpaqlarının qeydiyyatı: problemlər həll olundumu?" mövzusunda təqdimatla çıxış edib.