Futbolumuzun QURBAN QURBANOV əfsanəsi!

Hələ gənc yaşlarımda, 70-ci illərdə gələcəkdən xəbərlər verən Nostradamusun bir xəbəri dillərdə əzbər idi: "XXI əsr türkün dirçliş əsri olacaq"! Mən gələcək haqqında söylənilən heç bir fikrə, heç bir xəbərə heç vaxt inanmamışam. Amma bu kəlamın, bu xəbərin birbaşa mənsub olduğum millətlə bağlı olması məni öz ağuşuna ala bilmişdi...

Zaman keçdi. Sanki ilahi qüdrətdən dəstək alan Nostradamusun dediklərinin reallaşmasına, məhz XX əsrin sonlarında inanmağa başladım. O zaman ki, tanrının türk ddünyasına bəxş etdiyi və bütün bəlalardan hifz edərək qoruduğu Ulu Öndər Heydər Əliyev türk dünyasının bir parçası olan Azərbaycana, həm də azad və müstəqil Azərbaycana rəhbərliyə döndü. Ümumtürk dünyasının ən qüdrətli tarixi şəxsiyyətlərindən olan Heydər Əliyevin kiçik bir məmləkəti dünyanın ən nəhəng gücləri ilə bir araya gətirə bilməsi və dövrün ən güclü türk dövləti olanTürkiyə ilə birlikdə BÖYÜK TÜRK BİRLİYİnin təməlini qoyması gələcəyin xəbərçisinin xəbərinin reallaşacığına tam əminlik yaratdı. Sonrakı dövrdə, məhz XXI əsrin ilk illərindən başlayaraq Ərdoğan-Əliyev birliyinin bu yöndə gördükləri işlər haqqında isə qalaq-qalaq kitablar yazmaq gərəkdir...
       Əziz oxucum! Yazıma giriş olaraq bu qeydlərimi oxuyub "Yazının başlığı ilə əlaqəsi?" deyib də məni qınamağa tələsmə. Bu gün dünyada millətlərin, dövlətlərin ən güclü tanıtım vasitələrindən biri məhz idmandır. Bəlkə də elə bu aydın həqiqətə xüsusi dəyər verən əsrlərin Fateh-lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, hələ ölkənin başına gəlməzdən çox-çox əvvəl Azərbaycanın 1 nömrəli idman təşkilatına - Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başladı. Böyük idman dünyasının isə ən geniş yayılmış, ən populyar sahəsi futboldur. Azərbaycan idmançılarının bütün sahələrdə böyük uğurlar qazanmasını kiçiltmək fikrim yoxdur. Azərbaycan bayrağının hər dəfə dünyanın müxtəlif arenalarında dalğalanması milyonların diqqətini ölkəmizə, onun əzəmət və qüdrətinə çəkir. Ancaq futbol elə bir idman növüdür ki, onu milyonlar deyil, yüz milyonlar, bəlkə də milyardlar izləyir və hər bir əzəmətli, prinsipial oyun nümayiş etdirməklə meydandakı 11 nəfər ümumən xalqın, millətin əzəmətini, iradəsini, qətiyyətini yüz milyonlarla, milyardlarla  insana nümayiş etdirmiş olur. "QARABAĞ" ın pleyy-of mərhələsində göstərdiyi əzəmət və prinsipiallıq kimi!
       Mən elə də güclü futbol azarkeşi deyiləm. Amma Azərbaycanın və Türkiyənin futbol komandalarının beynəlxalq arenalardakı bütün oyunlarını izləyir və qürur keçirirəm. Çünki hər bir beynəlxalq yarışı yüz milyonlar izləyir və deməli AZƏRBAYCAN xarakteri ilə yüz milyonlar tanış olur.Söz yox, məğlubiyyət olanda hər bir azərbaycanlı kimi mən də məyus oluram. Amma "QARABAĞ"ın dünya, avropa meydançalarında sərgilədiyi qətiyyətli, müdrikliklə və əzmkarlıqla müşahidə olunan oyunlarının içimdə yaratdığı hissi zəngin Azərbaycan türkcəsində ifadə etməkdə çətinlik çəkirəm...
        Bəli, XXI əsr türkün yenidən dirçəliş əsridir. Bu dirçəlişin tanrı tərəfindən seçilmiş ən böyük nümayəndəsi HEYDƏR  ƏLİYEV, onun bu tarixi missiyasının əvəzolunmaz davamçıları isə İLHAM  ƏLİYEV  və RƏCƏB  TAYYİB  ƏRDOĞAN tondemidir. Bu qüdrətli cütlüyün fantastik siyasi və diplomatik əzəmətinə hər kəs öz sahəsində vicdanlı, qətiyyətli  və "inkişafa dəstək" prinsipi ilə yanaşarsa, o zaman qələbələrimizin də sayı artar, əsrimizin "TÜRK  ƏSRİ" olduğuna bütün dünyanı inandırmaq yolumuz daha sürətlə genişlənər. Mən dünən "QARABAĞ"ımızın göstərdiyi şücaəti bu baxımdan futbolumuzun əfsanəvi nailiyyətlərindən biri hesab edir və bütün qələbələrimizin Baş Memarı cənab Ali Baş Komandan olmaqla yanaşı, futbolumuzda qazanılan bu əfsanəvi tariximizin memarı QURBAN  QURBANOVdur! Bir türk olaraq, bir azərbaycanlı olaraq bizlərə bəxş etdiyi bu qürurverici duyğulara görə "QARABAĞ"ın hamisi "AZƏRSUN"-dan tutmuş bütün üzvlərinə minnətdarlığımı bildirirəm. Amma bu əfsanənin memarı QURBAN  QURBANOVa xüsusi təşəkkürlə yanaşı, deyirəm; Nə yaxşı ki, Azərbaycan futbolunda varsan, QURBAN  QURBANOV! Nə yaxşı ki, əfsanələri gerçəyə çevirən sənin kimi müdrik və prinsipial bir mütəxəssisimiz var! Sən Azərbaycan futbol tariximizin əfsanəsisən desək, yanılmarıq. Çox da böyük olmayan maliyyə ilə milyardlarla büdcəyə malik komandalarla baş-başa oyun nümayiş etdirə bilmək, bununla ölkənin əfsanəvi inkişaf yolunda payçı olmaq özü bir əfsanəvilik  deyil də, nədir?..
                                                                                 Təhmasib  Novruzov                                                                                Yazıçı-publisist.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31