“Bölgələrdən Səslər”in ikinci cildi işıq üzü görüb

Bölgələridə yaşayan istedadlı gənc yazarların yaradıcılıq örnəklərini əhatə edən "Bölgələrdən Səslər" antologiyasının ikinci cildi işıq üzü görüb. Dünya Gənc Türk Yazarlar Birliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, kitab DGTYB-in Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Paytaxtdan bölgələrə... Bölgələrdən paytaxta..." adlı layihə çərçivəsində işıq üzü görüb. Nəşrdə Azərbaycanın müxtəlif bölgələrində yaşayıb-yaradan 62 istedadlı və perspektiv vəd edən yazarın yaradıcılığından örnəklər yer alıb. İstedadlı gənc yazarlardan Əfsanə Ələsgərlinin "ön söz" yazdığı antologiyanı şair-publisist Əkbər Qoşalı və dosent, doktor. Rəsmiyyə Sabir redaktə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31