“Smart Customs” ilin ən yaxşı mobil tətbiqi seçilib
17:10 SosialDekabrın 18-də NETTY-2024 Azərbaycanın Milli İnternet Mükafatının 19-cu mükafatlandırma mərasimi keçirilib. Dövlət Gömrük Komitəsinin "Smart Customs" mobil tətbiqi "NETTY-2024" Azərbaycanın Milli İnternet Mükafatının "Dövlət və Elektron Hökumət" nominasiyası üzrə ilin ən yaxşı mobil tətbiqi seçilib.
"e-customs.gov.az" elektron portalı isə "Dövlət və Elektron Hökumət" nominasiyası üzrə ilk üçlükdə yer alıb.
Müsabiqəyə təqdim edilən layihələr, NETTY Akademiyasının və ekspertlər şurasının üzvləri, həmçinin virtual jürilər tərəfindən dəyərləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31