Gənclər arasında döyüşçü qadınların tanıdılmasına dair layihə başlayıb

"Rəvan" Gəncliyə Dəstək İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Gənclər arasında döyüşçü qadınlarımızın tanıdılması və təbliği" layihəsinin icrasına başlayıb. Layihədə məqsəd Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyətini təbliğ etmək, yeniyetmə və gənclər arasında Ermənistanın təcavüzündən qorunması ilə bağlı şücaət və qəhrəmanlıqlar göstərmiş döyüşçü xanımlarımızdan Qaratel Hacımahmudovanın ömür yolunu örnək göstərmək, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. Layihə çərçivəsində QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin iştirakı ilə tədbir keçiriləcək. Tədbirdə səslənən təklif və tövsiyələr də nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən vətənpərvər siyasət, vətənpərvərlik yönümündə atdığı addımlar, qəhrəmanlığı ilə gənclərimizə örnək olan Qaratel Hacımahmudova ilə bağlı qısa məlumatların yer aldığı buklet hazırlanaraq dərc olunacaq. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31