“Ümumrespublika yaşıllaşdırma” marafonu davam edir

Binəqədi rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü və  Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddinİsgəndərov, "Bakı 2015 I Avropa Oyunları" Əməliyyat komitəsinin direktoru Elçin Səfərov, İDEA ictimai birliyinin layihələr departamentinin əməkdaşı Nigar Qarayeva, Binəqədi RİH-nin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən tədbir açıq elan edildikdən sonra "Ümumrespublika  yaşıllaşdırma" marafonu layihəsi barədə tədbir iştirakçılarına məlumat verilib. Tədbirdə çıxış edən "Bakı 2015 I Avropa Oyunları" Əməliyyat komitəsinin direktoru Elçin Səfərov tədbirin əhəmiyyətindən danışıb. İDEA İctimai Birliyinin nümayəndəsi Nigar Qarayeva, Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihənin yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası və təbiətə qayğı hissinin güclənməsinə

böyük töhfə olduğunu vurğulayıb. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən yaşıllaşdırma aksiyaları vizual görünüşlə yanaşı, ekoloji mühitin qorunması, insanlar arasında təbiətə qayğı hissinin güclənməsi üçün ciddi əhəmiyyətə malikdir.  Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin "Bakı-2015" ilk Avropa Oyunları ərəfəsində elan etdiyi "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində keçirilən "Təmiz Binəqədi - təmiz ideya" yazı müsabiqəsinə təqdim olunan məqalə müəlliflərinin mükafatlandırılması mərasimi də keçirilib. Sonra ağacəkmə aksiyasına start verilib, aksiya zamanı ümumilikdə 2000 ədəd şam ağacı əkilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31