Erməni tarixçilər institutda oturub kadrlar hazırlayırdılar

Müsahibimiz AMEA Tarix İnstitutunun direktoru, professor, millət vəkili Yaqub Mahmudovdur. Ömrünün 75-ci ilinə qədəm qoyan tarixçi-alim onu tarixi araşdırmağa və yazmağa vadar edən səbəblərdən danışdı.

-Tarix elmi sahəsində öz sözünüzü deyən insanlardansınız. Yaqub müəllim ola bilmək üçün hansı yollardan keçməli oldunuz?
-Çox adam ömrün ahıl çağına çatanda çətinliklərdən keçdiyini deyə bilər. Ömrün onlar asan olduğunu çətin kimlərsə qəbul eləsinlər. Amma bir də var tarixi həqiqət var. İnsanın fəaliyyət sahəsi və oradan irəli gələn missiya. Bu baxımdam mən həqiqətən çox çətin həyat yolu keçmişəm. Onun bir hissəsi mənim həyatımla bağlıdır. Şəkidə Baş Göynük kəndində doğulmuşam. Kəndimiz keçmiş Çar Rusiyası dövründə ensiklopediyalarda belə, istisnasız türk kəndi kimi qələmə verilirdi. Oğuzun Kınık tayfasına mənsubam. Bu tayfa Çar Rusiyası Azərbaycana girən gündən-1804-cü ildən ayağa durub. İşğal rejiminə qarşı müqavimət hərəkatında iştirak edib. Göynük hərəkatı 1930-cu ilə qədər davam edib. Şimal-qərbi Azərbaycanda 18-20 kənd var. Şəkidə, Qaxın cənub kəndləri hamısı qədim Göynük mahalının kəndləridir. Göyçə gölü ətrafında kəndlər salmışıq. Bizim elatımızın bir kəndi Culfadadır. İndiki Ermənistan deyilən yerlə sərhəddə. Çoxlu kəndlərimiz Anadolu ərazisindədir və Bolu bölgəsində də Göynük və Biləcik, iki yaşayış məntəqəsi yanaşı durur. Mənim atam həmin hərəkatın iştirakçılarından biridir. 1918-20-ci illərdə Şəkinin kənarında Qanığa yaxın Səbətli deyilən bir yaşayış məskənimiz var idi. Ora çox münbit torpaqlardır. 1918-20-ci il hadisələrində Şəkidə əhalini tamamilə qırıb orada erməniləri məskunlaşdırmaq istəyirdilər. 1918-20-ci illərdə Səbətlidəki daşnakların Şəki ərazisindən qovulub çıxarılmasında, onların yurd-yuvalarının darmadağın olmasında mənim atam yaxından iştirak edib. İndi Qanığın digər tərəfində Qırmızı Səbətli deyilən yer var ora da bizim torpaqlarımızdır. Gürcüstan ərazisidir.
Və 1930-cu uldə Göynük üsyanı başlayanda göynüklülər Şəki üsyançıları ilə birləşərək Şəkini dörd günlük əldə saxlayıblar. Mənim atam Şəkidəki bütün ziyalılar doldurulan həbsxananın qapısını açıb buraxan kişi olub. Güllələnməkdən nənəm onu qurtarıb.

-Bütün bunlar ailənin həyatına necə təsir edirdi?
-Bax bütün bu işlərə görə mənim atam çox uzun müddət təqib olunub.
Qax rayonu, Zaqatalada, Balakəndə gizli qaçaq, siyasi köçəri həyatı keçirmişik. Ancaq 1956-cı ildə üzə çıxıb bunlar. Hətta məni pasportumu Balakəndən almağa məcbur etmişdilər. Sonradan doğulduğum yeri bərpa elədim. Bu mənim həyatımın genetik çətinliyidir. Həyat dərsimi atamdan almışam. Bu gün mən üç şəxsiyyətə borcluyam. Atam Mikayıl Mahmudoğluna, ensiklopediyada ağır döyüşlərdə olduğum Rəsul Rzaya. Orada həyata hazır oldum. Bir də Heydər Əliyevə. Onu mən tələbəlik illərindən tanıyıram. Bütün həyatını bilirəm. Bizim gəncliyi, Azərbaycanın dövlətçiliyini necə müdafiə etdiyini görmüşəm. O da məni çox ağır proseslərdən qurtarıb. Bu üç tarixi şəxsiyyətə mənim şəxsi borcum var. Nə qədər yaşayıram bu borcu yerinə yetirməyə çalışacam.

-Tarix elmini seçməyinizə bu şəkildə bir genetik çətinliyinizin olmasının təsiri oldumu?
-Qeyd etdiyim kimi üç şəxsiyyətin mənim bu ruhda formalaşamağıma təsiri olub. Amma istədiklərimi həyata keçirmək üçün çox çətinliklərim olub. Tarix elmini seçməyimə genetik çətinliyin son dərəcə böyük təsiri olub. Biz nə üçün Qanıqüstü Qax, Zaqatala meşələrində, bir gecə bir kənddə, sabah başqa bir kəndə yaşayırdıq? Bir koma düzəldirdik, sonra gedib başqa yerdə yaşayırdıq. Bunları düşünürdüm. Bütün olanları bizə anam danışırdı. Anam çox həlim bir adam idi. Bizim kəndimiz türk-qədim oğuz kəndi idi. Bizdə Həsən yox, Hasan deyərlərdi. Həmişə onu hirsləndirəndə deyirdi ki, Yaqub, sənə yemək qoysam, atam Hasan itə dönsün. Və anam bizə hər şeyi gizli danışardı, çünki dədəmin zəhmindən çox qorxardı. Amma elə oldu ki, universitetə girmək ərəfəsində bir hadisə oldu. Mənə dedilər ki, get Şəkidə doğulmağın haqqında bir kağız gətir. Atam bunu biləndə məni apardı, sənədi verməyən polisi təklədi və xəncərini çıxardıb "səni qulağın boyda doğruyacağam, sən məni tutdurmaq istəyirsən"-dedi.
Atamın rejimə qarşı mübarizəsini, bizə olan haqsızlıqları anamın danışıqlarından, sonradan atamdan, böyük qardaşımdan eşidəndə tarixə vuruldum. Çox müxtəlif texnikumlara, ali məktəblərə sənəd verdim, amma daxil olduğum yerlərin heç birin də oxumadım. Çünki ürəyimdə universitetə daxil olmaq var idi. Universitetdə 625 nəfər müsabiqə iştirakçılarının içərisindən 25 seçiləndən biri oldum. Amma sonrakı hadisələr də həyatımı dəyişdirdi. Universiteti əla qiymətlərlə bitirmişəm. Tələbə elmi cəmiyyətinin sədri, komsomolun katibi, həmkarlarda və s. çalışdım. Universiteti qurtaranda orada qalmaq üçün gərək iki il işləyə idin. Bu iki ili işləmədən məni aspiranturada saxladılar. Müdafiə edəndə bütün Elmi Şura mənim işimə doktorluq verilməsinə səs verdi. Qərar qəbul edildiyi günün səhəri mənə münasibət dəyişdi. "Cavan uşaqdı, nə doktorluq. Bizə gülərlər, dedilər. Sonra mənə universitetdə iş də vermədilər. Bu təqib şəraiti ürəyimdə olan çöküntünün üstünə gəldi və tamam inamımı itirdim. Universitetdə iş istəmədən Ensiklopediyaya, Rəsul Rzanın yanına getdim. Və orada da sözün müsbət mənasında mərəkəyə düşdüm. Deyək ki, H-Hitler ensiklopediyaya düşməlidir. Ensiklopediya sorğu kitabıdır. Hər bir şey düşməlidir. Bunu da başa salmaq olmurdu. Biz o zaman 28 apreli işğal kimi yazdıq. Ağayev Həsənbəy salan kimi tökülüşdülər üstümüzə. A.Əhmədbəy, Cümhuriyyət, Bakı əməliyyatı, Azərbaycan xalqının kökü yazılmalıdır, axı. Xalqın kökünü də araşdırdığımız kimi yazırıq. Bu bizdən asılı deyil ki, tarix var. Həqiqəti yazan kimi deyirdilər ki, bunlar pantürkstdirlər. "Toplu" sözünü yazan kimi deyirdilər ki, bunlar onu türklərdən götürüblər. Yəni hücumlar çox idi. Xəritələrimiz yox idi. R.Rza dedi ki, xalqın xəritəsi olmadan ensiklopediya çıxa bilməz. Hansı xəritə fabrikinə getdiksə, ermənilər orada var idi. Bir Ukraynada erməni yox idi. Gedib orada Azərbaycanın tarix xəritələrini hazırladıq. R.Rzanın gücü ilə 1969-cu ildə Azərbaycan xəritələlərini gətirdik. Gətirən kimi Azərbaycanda bizə panturkist deməyə başladılar. Bunlar İrandan torpaq istəyirlər, ermənilər buranın qədim əhalisidir, indi bunlar ermənilərdən torpaq istəyirlər,-dedilər. Moskvadan Levon Şamuyanı gətirdilər. Bizi tutmaq, məhv etmək ərəfəsinə gətirdilər. Rusiyanın əleyhinə çıxdığımızı dedilər. Içəridən əleyhimizə yaz ki, yazasan. Nə yazırıq, Moskovaya, İrəvana rəyə göndərirdilər. Mən bunların hamsının şahidiyəm. R.Rza da çox möhkəm, xalqını sevən insan idi. O zaman bir milli hərəkat mühiti yarandı. Sonra bizim hamımızın xilası gəldi. 1969-cu ildə H.Əliyev Mərkəzi Komitənin katibi oldu.

-Yaqub müəllim, o dediyiniz qüvvələrin başında kimlər dururdu. Bunlar özümüzünkülər, yoxsa ermənilər idi?
-Mən bu gün də ö sözün üstündəyəm ki, hər bir xalqın müəyyən dövür içəridən təmizlənməsi prosesi getməlidir. Azərbaycan tolerant bir ölkədir. Istənilən xalqa ağuşumuzda yer vermişik. Bu bizim böyük dostluq tariximizdir, xalqın çox müsbət mentalitetidir. Amma o bizim içərimizdə yuva salanlardan xaricdən istifadə edirlər. Onların hamısı da çörəyini yeyib, suyunu içdiyi vətənə sədaqətlə işləmirlər. Xaricdən bunları səfərbərliyə alırdılar, Azərbaycanın içində də belələri var idi. Kökü qarışıqlar zərbə vurmağa məqam gözləyirlər. Bizim içimizdə həmişə vətəni satan qüvvələr çox güclü olub. Azərbaycanın tarixində həmişə xaricilərə meyl edirlər. İrana, Rusiyaya, Osmanlıya meyl edən qüvvələr olub. Amma bizim içərimizdə xalqa arxalanaraq, bu qüvvələrin heç birinə bel bağlamadan ölkənin dərdlərini həll etmək cümhuriyyət dövründə başladı, Heydər Əliyevlə davam etdi. Öz içərimizdən yazırdılar İrəvana göndərdirirdilər. Bizim burada erməni alimlər işləyirdi. Satur Ağayan var idi. O burada tarixçi kadrlar yetişdirirdi. Hamısı tarixi saxtalaşdırırdılar və o rəy verib tarixçilər yetişdirirdi. Bizim tarixçilər onun yetişdirmələri idi. Çoxu da başa düşmürdü ki, bunlar nə edir? Bu şəraitdə işləyirdik. Amma H.Əliyev gəldi, bizim tarixçiləri məhv olmağa qoymadı. R.Rzanı təqib edirdilər. Moskva və İrəvan ensiklopediyanı çıxmağa qoymadılar. Amma H.Əliyev R.Rzanın döşünə ssosialist əməyi qəhrəmanı "qızıl ulduzunu" taxdı. Mən cavan adam, kimlərinsə məhv olunmam üçün fərman verdikləri insan, məni çağırdı və ensiklopediyaya, mübahisəli yerə elmi işlər üzrə baş redaktorun müavini qoydu. Halbuki orada işləyə-işləyə məndən nə qədər yazırdılar. O, olmasaydı, bizm ensiklopediyanı şumlayacaq, hamımıza divan tutacaqdılar.

-Bütün bu çətinliklərin içində ən önəmlisi nədir Sizin üçün?
- Cavan insan idim. Məhvimə qərar verirdilər. Regimə qarşı içimdə olan incikliyin üstünə, inciklik, inamsızlıq, yarandı. Gedib Pedaqoji İnstitutda çalışdım. İnstituta gəlmək fikrim yox idi, dəvət etdilər. Kafedra müdirlüyünə səs yığdığım halda, məni sandıqdan çıxmağa qoymadılar. Ora sovet dövrünün adamını qoydular. Bunları mən yaşaya-yaşaya gəlmişəm. Amma bunların içində başlıca problem mənim vətənimin tarixinə atılan böhtanlardan ibarətdir. Onun saxtalaşdırılması problemi. Necə ola bilərdi? Bu gün Tarix İnstitutunda işləyirəm və bura dünyanın hər yerindən minlərlə sənəd gətirmişik. O sənədlər də ermənilərin bu torpaqlara köçürülüb gətirildiyini göstərir. Biz buranın aboregen əhalisiyik. Bu Azərbaycanda bimirlər ki, nəyə görə H.Əliyev "Kitabi- Dədə Qorqud"un 1300 illiyini keçirdi? Biz bu torpağın qədim əhalisiyik və burada qəhrəmanlıq tarixi yaratmışıq.
 

Ardı var

Aygün

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR