Ələkbər Əliyev - 60

Musiqili Teatrının aktyoru, əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyevin 60 yaşı tamam olur. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, teatrın direktoru, əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayev müvafiq əmr imzalayıb. Əmrə əsasən teatr sahəsində uzun illər göstərdiyi səmərəli fəaliyyəti və 60 illik yubileyi münasibəti ilə  əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyev mükafatlandırılıb.

Özünəməxsus ifa tərzi ilə tamaşaçıların sevgisini qazanan aktyorun 60 illik yubileyi bu gün - 21 aprel tarixində saat 19.00-da Musiqili Teatrda qeyd olunacaq. Bu münasibətlə Ə. Əliyevin baş rolun ifaçısı olduğu Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır. Əməkdar artisti" fəxri adına layiq görülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR