Xarici siyasət

“Sanksiyaların “Cənub-Qaz Dəhlizi”nə tətbiqi mümkün deyil" - MÜNASİBƏT

8 Avqust 2018 15:34

“Avqustun 7-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yenidən qüvvəyə mindiyi barədə fərman imzalayıb. Bu sanksiyaların İranın idxal-ixrac əməliyyatlarına, İranla əməkdaşlıq edən şirkətlərə tətbiq olunacağı deyilir. Bəzi dairələr İrana tətbiq olunacaq sanksiyaların “Cənub-Qaz Dəhlizi” layihəsinə də təsiri olacağını deyirlər. Amma bu qətiyyən belə deyil”. Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.

“Sanksiyalar Azərbaycanla İran arasındakı iqtisadi əlaqələrə təsirsiz ötüşməyəcək”

8 Avqust 2018 15:01

“Artıq neçə vaxtdır ki, ABŞ İrana sanksiyalar tətbiq edəcəyini bildirirdi. Bundan sonra İranın pul vahidi sürətlə inflyasiyaya uğramağa başladı və dollara nisbətdə dəyər itirməkdədir”. Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Elxan Şahinoğlu: “Ordumuz nizamlıdır və nizamlı komandanlığı var"

8 Avqust 2018 11:56

““Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində “Artilleriya atəşinin ustaları-2018” müsabiqəsinin yarımfinal mərhələsində Azərbaycan hərbçiləri növbəti dəfə uğur qazanaraq müsabiqənin finalına yüksəlib. Hərbçilərimizin bu uğuru düşmən Ermənistan üçün də bir mesaj, bir xəbərdarlıqdır”. Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.