Tacikistan Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb
8 Avqust 2018 10:44 SiyasətTacikistan Prezidenti Emoməli Rəhmon avqustun 10-11-də Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə "Radio Ozodi" Tacikistan dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verib.
Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra yeni sənədlərin imzalanması planlaşdırılır.
Tacikistan Prezidentinin Azərbaycanın Baş naziri və parlament sədri ilə görüşlər keçirəcəyi də gözlənilir.
Qeyd edək ki, Tacikistan və Azərbaycan arasında hüquqi bazaya ticarət, iqtisadiyyat, bank, vergi, mədəniyyət və investisiya sahələrində 30-dan çox əməkdaşlıq sazişi daxildir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31