Paşinyan çətin sınaq qarşısında - ŞƏRH

Baş nazir yaxşı anlayır ki, münaqişəni həll etməsə, onun Ermənistanda həyata keçirdiyi islahatlar effekt verməyəcək

Ermənistanın inqilabdan sonra formalaşmış yeni hökumətinin nə etdiyi özünə də bəlli deyil desək yanılmarıq. Hökumətə rəhbərlik edən Nikol Paşinyan təkcə siyasi cəhətdən səriştəsiz biri kimi deyil, hətta bir-birini təkzib edən, ziddiyyət təşkil edən fikirlər səsləndirən məmur kimi da tanınmağa başlayıb. Demək olar ki, inqilabçı lider bu günm atmış olduğu addımın, üzərindən 24 saat keçmədən əksini edir ki, bu da Paşinyanın siyasi fiqur kimi onsuz da az olan nüfuzu və imicini kifayət qədər zədələyir. Baş nazir kreslosunu zəbt edən ilk gündən Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesində İrəvanın deyil, separatçı Dağlıq Qarabağ rejiminin təmsil olunmasını vacib sayan Paşinyan, sonradan həmsədrlərlə görüşmək, eyni zamanda Ermənistan xarici işlər nazirini azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Brüsselə göndərməklə vermiş olduğu ilk açıqlamanı təkzib etdi. Eləcə də rəqiblərini sıradan çıxarmaq məqsədilə apardığı həbslərə beynəlxalq aləmdən təpki gələn kimi çaşqınlıq içində qalaraq sərt addımlarını bir qədər yumşaltdı. Demək olar ki, qısa müddətdə bambılı və düşük hökumət rəhbəri  kimi tanınan Paşinyan indi yenidən Qarabağ kartı ətrafında manipulyasiya etməyə başlayıb. Belə ki, Nikol Paşinyan

yenidən Qarabağ konfliktinin həlli istiqamətində aparılan danışıqlarda Qarabağda terrorçu rejimin tərəf kimi qatılmasının vacibliyini bildirib. Məsələ ilə bağlı fikirlərini bildirən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Paşinyan hökuməti hazırda daxili siyasi proseslərə görə münaqişənin tənzimlənməsi üçün Azərbayacan tərəfindən vaxt istəyib: "Buna baxmayaraq, xarici işlər nazirləri səviyyəsində danışıqlar Brüsseldə baş tutub və növbəti görüş üçün diplomatik kanalllarla danışıqlar aparılır. Qeyd edim ki, Paşinyan hakimiyyəti daxildə Rusiyaya bağlı olan Qarabağ klanını sıradan çıxartıqdan sonra, Qərbin moderatorluğu ilə konfliktin həlli üzrə danışıqları aparmaq niyyətindədir. Paşinyan vaxti ilə eyni siyasi düşərgədə olduğu hazırda "boz kardinalı" eks-prezident Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı "mərhələli həll" planını dəstəkləyir. Baş nazir yaxşı anlayır ki, münaqişəni həll etməsə, onun Ermənistanda həyata keçirdiyi islahatlar effekt verməyəcək və Rusiya təsir rıçaqını saxlamış olacaq. Hazırda rəsmi Bakı Ermənistanın yeni hakimiyyətinin daxili siyasətində atdığı addımların Qarabağ konfliktinin həllinə necə təsir etdiyini diqqətlə izləyir". 
Politoloq deyib ki, Nikol Paşinyan 17 avqust mitinqdə xalqdan böyük dəstək aldıqdan sonra, antiRusiya siyasətini daha da inkişaf etdirəcək: "17 avqust mitinqi onun daxili və xarici siyasətdə mövqelərini möhkəmləndirəcək. Nikol Paşinyan gələn aprel ayında növbədənkənar parlament seçkilərinə kimi hakimiyyətini qoruyub saxlayarsa, seçkidən sonra Ermənistanda işğal olunmuş ərazilərin boşaldılması üçün suyasət ortaya qoya bilər. Bundan əlavə, o, çalışacaq ki, Rusiya qoşunlarının ölkəsindən çıxarılmasına və Azərbaycanla danışıqlar üçün real siyasi, substantiv danışıqlara gedə bilər. Azərbayvcan tərəfi də məhz bu zamanı gözləyir. Biz gələn il aprel ayına kimi Qarabağ danışıqlarında durğunluğun şahidi ola bilərik. Diplomatik kanallarla rəsmi Bakı, Ermənistanın yeni hakimiyyətinin münaqişənin həlli ilə bağlı mövqeyi ilə yaxından tanış olur. Ermənistan hakmiyyəti "Aland adaları" modelini, ya da aralıq status qəbul edə bilər. Qeyd edim ki, Paşinyanın Qarabağ separatçılarının tərəf kimi danışıqlarda yer almasını irəli sürürsə, bu daxili auditoriyaya hesablanmış ola bilər. Nikol və "boz kardinalı" Levon Ter Petrosyan da çox yaxşı bilir ki, Azərbayacan bu şərti heç vaxt qəbul etməyəcək". Politoloq hesab edir ki, Rusiyanın Ermənistanın yeni hakimiyyətinin siyasətinin qarşısını alıb-alamayacağını növbəti aylarda görəcəyik: "Göründüyü kimi, NATO-nun Gürcüstanda keçirilən təlimlərə Kremlin sərt reaksiyası oldu. Baş nazir Dmitri Medvedev Gürcüstanı açıq təhdid etdi. Xarici işlər nazirinin muavini Karasin ad çəkmədən Azərbaycan, Ermənistan və Gürcüstana qarşı bu təlimlərdə iştirakına görə sərt xəbərdarlığı Moskvanın yeni planlarından xəbər verir. Moskva Cənubi Qafqazda xüsusilə Ermənistanda mövqelərinin itirilməsinə seyrçi qalmayacaq. Mümkündür ki, Ermənistanda siyasi proseslərə müdaxilə etsin. Serj əarkisyan növbəti dəfə revanşa hazırlaşsın. Amma, xalq birmənalı şəkildə Paşinyandan əlavə Rusiyanın hər hansı bir siyasi fiquruna dəstək olmayacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31