Xarici siyasət

Azərbaycan-Belarus münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır

21 Noyabr 2018 21:20

“Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair mühüm sənədlər imzalandı”. “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki. bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva səsləndirib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalının həyat yoldaşı Qobustanda

21 Noyabr 2018 17:06

Ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərin həyat yoldaşı Demet Gülər noyabrın 21-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olub. Olaylar.az bildirir ki, qonaq əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.

Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib

21 Noyabr 2018 16:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gəlib. Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiyalı deputat: "Bakı dünya turizminin Məkkəsinə çevrilir"

21 Noyabr 2018 15:28

"Bakı artıq dünya turizminin Məkkəsinə çevrilir. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi mən də bu möhtəşəm, gözəl şəhərə səfər edən rusiyalıların sayının maksimum çox olmasında maraqlıyam".

“Belarusun Azərbaycana münasibəti, Türkiyənin Azərbaycana olan münasibəti kimidir”

21 Noyabr 2018 14:56

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Belarusa etdiyi rəsmi səfər hər iki ölkədə böyük maraqla, diqqətlə izlənilib və həm Azərbaycan, həm də Belarus mediası dövlət başçısının Minskə səfəri, eləcə də bu ölkədə keçirdiyi mühüm görüşlər, imzalanan ikitərəfli sənədlər barədə müxtəlif səpkili materiallar dərc ediblər. Birmənalı olaraq ortaya qoyulan mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidentinin Belarusa səfəri uğurla başa çatıb və bu səfər ikitərəfli münasibətlərin daha da inkişaf etməsi üçün yeni imkanlar açıb. Xüsusilə, dövlət başçıları səviyyəsində imzalanan bəyanat Bakı üçün əhəmiyyətli hesab edilir.