Sosial

Kəlbəcər rayonunun çayları və gölləri yenidən öyrəniləcək və qiymətləndiriləcək

26 Noyabr 2020 11:17

İşğaldan azad olunan Kəlbəcər rayonu gözəl təbiəti, əlverişli relyefi, zəngin yeraltı və yerüstü təbii ehtiyatları, böyük müalicəvi təsirə malik mineral su yataqları, çayları və gölləri ilə tanınır. Rayonun ərazisində Böyük Alagöl, Kiçik Alagöl, Qanlıgöl, Dibgöl, Əyrigöl, Naxırgöl, Böyükgöl kimi bir çox göllər mövcuddur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov Olaylar.az-a bildirib ki, Qarabağın ən böyük gölləri olan Böyük Alagöl və Kiçik Alagöl Kəlbəcər rayonu ərazisindəki Şərqi və Cənubi Göyçə silsiləsi arasında yerləşir. Göllər vulkan püskürmələri və çayların qabağının kəsilməsi nəticəsində əmələ gəlib.

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinə elektron sənəd qəbulunun nəticələri

26 Noyabr 2020 10:31

Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində 2018-ci il üzrə 2059 namizəd, 2019-cu il üzrə 2274 namizəd, 2020-ci il üzrə 2479 namizəd iştirakını təsdiq edib. Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra 2018-ci ildə 1568, 2019-cu ildə 2057, 2020-ci ildə 2256 namizədin elektron ərizəsi qəbul olunub.

"Dərs vaxtı"nın 26 noyabr cədvəli

26 Noyabr 2020 09:56

Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 26-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edir. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Azərbaycana daha 5 zubr gətirilib

26 Noyabr 2020 09:55

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana daha 5 zubr gətirilib. Bununla da Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində zubrların sayı 19-a çatıb. Yeni gətirilən zubrlar bir müddət milli parkın ərazisində volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq.

Azərbaycanda zəlzələ olub

25 Noyabr 2020 16:04

Hadisə koronavirusa yoluxdu

25 Noyabr 2020 15:52