Sosial

Lənkəran sakininin evində silah-sursat götürülüb

27 Noyabr 2020 14:29

Lənkəran sakininin evində silah-sursat aşkarlanıb. “Olaylar” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları keçirib.

Nostrifikasiya arayışları necə əldə edilməli

27 Noyabr 2020 14:28

Təhsildə Keyfiyyət Təminatı Agentliyi cari ilin noyabr ayından etibarən tanınma (nostrifikasiya) üzrə müraciət edən vətəndaşlara müraciətinin statusundan asılı olaraq müvafiq arayışları elektron qaydada əldə etmək imkanı yaradır. Aparılan təkmilləşdirmə işləri nəticəsində artıq vətəndaşların sözügedən arayışları elektron sistem vasitəsilə əldə etmələri mümkündür. Belə ki, vətəndaşlar şəxsi kabinetlərinə daxil olaraq E-ərizə bölməsini seçməklə, generasiya olunmuş elektron arayışları PDF formatda əldə edə bilərlər:

Qətərlə iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

27 Noyabr 2020 14:27

Azərbaycanla Qətər arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata əsasən, nazir Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

“Kəlbəcər  XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib”- Deputat

27 Noyabr 2020 13:42

 “27 ildən çoxdur ki, işğal altında olan Kəlbəcər rayonunun azad edilməsi tariximizdə mühüm hadisədir. Rəşadətli Azərbaycan Ordusu noyabrın 25-də rayona daxil oldular.

“Torpaqaqro” MMC Fransadan 2 milyon 500 min avroluq damazlıq heyvan alışını Dayandırdı

27 Noyabr 2020 13:40

Fransa Senatının erməni maraqlarına xidmət edən addımı azərbaycanlı iş adamları və şirkət rəhbərləri tərəfindən də etirazla qarşılanıb. Ölkədə fəaliyyət göstərən əksər şirkətlər Fransa şirkətləri ilə imzaladıqları sazişə yenidən baxmağı qərarlaşdırıblar.