Fərid Qayıbov Astanada V Dünya Köçəri Oyunlarının açılış mərasimində

Gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın paytaxtı Astana şəhərində səfərdə olub.

Olaylar.az xəbər verir ki, səfər çərçivəsində nazir V Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib, bəzi yarış məkanlarına baş çəkib.

Nazir, həmçinin V Dünya Köçəri Oyunları çərçivəsində fəaliyyətə başlayan etnoaulla tanış olub, aydarıspaq (at üstündə güləş), jambı atu (atüstü oxatma) və dəstürlü sadak atu (ənənəvi oxatma) yarışlarını, həmçinin Azərbaycan idmançılarının qazaq güləşi yarışlarında mübarizəsini izləyib.

Nazir Fərid Qayıbov səfər çərçivəsində Dünya Etnosport Federasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan, Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev və Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosinov ilə ikitərəfli görüşlər keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31