"Tələblərə ciddi əməl etməlisiniz" - Polisdən ÇAĞIRIŞ

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində qəza zamanı 1 ədəd piyada işıqforu yararsız hala düşüb.

Olaylar.az bildirir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, bəzi sürücülərin avtomobil idarə edərkən sürət həddinə əməl etməməsi, işıqforun qırmızı işığından keçməsi bu qurğunun və onun idarəetmə qutusunun yararsız hala düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur:

"Cari ilin əvvəlindən bu vaxta qədər avtomobil qəzaları nəticəsində 20-dən çox işıqfor sıradan çıxıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən həmin işıqforların yenisi ilə əvəz edilməsi istiqamətində qısa vaxt ərzində işlər görülüb. Ancaq yararsız vəziyyətə düşən işıqforların yenisi ilə əvəz edilməsinin bir neçə gün çəkdiyini nəzərə alsaq, təbii ki, qəzalar zamanı yaranan bu problemdən əziyyət çəkən elə sürücülərin özləri və piyadalar olurlar".

Qurum qeyd edib ki, sürücülər, xüsusilə də yol kəsişmələrinə daxil olduqda sürət həddinə və işıqforun tələblərinə ciddi əməl etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31