Bakıxanovda su xəttində təmir işləri aparılacaq
4 Sentyabr 2024 14:51 SosialSabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi 3 ünvanında yerləşən qazanxananın giriş xəttinin üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi ilə əlaqədar 6 sentyabr saat 10:00-dan 16:00-a qədər Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq. "Narahatlığa görə abonentlərdən üzr istəyirik".
Bu barədə "Olaylar"a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31