Dəmiryol stansiya və vağzallarına öz avtomobili ilə gələnlərin NƏZƏRİNƏ

ADY-nin Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqlar sərnişinlərin istifadəsi üçün açıqdır.

Bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.

"Hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb", - deyə qurumdan məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31