Abort edən qadın psixologiyası: Səbəblər nələrdir?

Dünyanın ən gözəl və təsvirolunmaz hissləri deyildikdə, çoxlarının ağlına analıq hissi gəlir. Üstəlik, ana olmaq anaların əksəriyyətində oxşar duyğular yaşatsa da, hər bir qadının analıq macərası özünəməxsus və sürprizlərlə dolu olur.

Təəssüf ki, analıq hissini yaşaması mümkün olan qadınların bir çox hissəsi özlərini bu hissdən bilə-bilə məhrum edirlər və bunun əslində bir çox səbəbləri olur.
Araşdırmalara görə, ötən il Azərbaycanda 73 816 abort qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ötən il üzrə doğumu qeydə alınmış 112 620 nəfərdən 59 814‑ü oğlan, 52 806‑sı isə qızdır. Cinslər arasındakı fərq 7 008 nəfərdir. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.
Dünyada ən aktual problemlərdən olan abortlara münasibət müxtəlifdir. Bir qrup insanlar buna ailənin öz şəxsi qərarı olaraq hörmətlə yanaşdıqlarını bildirirlər. Digər qisim insanlar abortun tibbi və psixoloji cəhətdən zərərli olduğunu bildirirlər. Azərbaycanda da abortlar problem olaraq qalmaqdadır.
Statistika göstərir ki, abortların sayı 2021‑ci ildə 46 877, 2022‑ci ildə 57 999, 2023‑cü ildə isə 73 816 olub. 15‑49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 27,9 olub.
Bəs bu proses necə baş tutur? Qadınlar hansı səbəblərdən bu yola əl atır? Abort qadın psixologiyasına necə təsir?
Ümumiyyətlə, abort, dünyada hər bir qadının öz başına gəlməsindən qorxduğu bir cərrahi müdaxilə üsulu, prosesdir. Abort əslində qadının hamilə olduğunu və müxtəlif səbəblərdən körpəni dünyaya gətirmək istəmədiyini öyrəndikdən sonra həkim tərəfindən dölün qadının bədənindən çıxarılması prosesini təsvir edir. Bu prosedurla həkim tərəfindən döl ana bətnindən çıxarılır və qadının hamiləliyi sona çatır.
Abort bəzi qadınlarda abortdan əvvəl yaşadıqları hadisələrə görə ağır travma səbəbi ola bilsə də, bəzi qadınlar üçün abort psixologiyası və abortdan sonra yaşadıqları emosional depressiya qadının travma aldığını göstərir. Ancaq çox vaxt qadınlar həm abortdan əvvəl yaşadıqları həyat hadisələri, həm də abortdan sonra yaşadıqları həyat hadisələri ilə bütün prosesi travmatik şəkildə yaşayırlar.
Bu səbəbdən abortdan əvvəl qadının yaxın münasibətindəki mənfi hadisələr və abortdan sonra qadının ətrafında emosional yaxınlığın və dəstəyin olmaması qadının özünü dəyərsiz kimi hiss etməsinə səbəb olur.
Hər bir qadının həyatı coğrafiyası, fiziki və psixi sağlamlıq vəziyyəti, sosial-mədəni və sosial-iqtisadi vəziyyəti daxil olmaqla, o qadına xas bir həyat kimi qiymətləndirilməlidir. Buna görə də qadının aborta qərar verməsinin səbəblərindən heç biri digər qadınlardan daha etibarlı və ya etibarsız deyil. Qadınları aborta sövq edən həyat hadisələri bir çox səbəbə əsaslansa da, ən çox rast gəlinən hadisələri psixoloqlar daha yaxşı bilir.

Psixoloq Mələk Kərimli qadınları aborta sövq edən səbəbləri açıqlayıb:

"Hər birimizin həyatı bəzən şirin, bəzən də xoşagəlməz sürprizlərlə doludur. Xüsusilə bəzi qadınlar hamilə qalma sevincini yaşasalar da, hamiləlik müddətində ciddi müalicə və ya əməliyyat tələb edən xəstəliklə üzləşə bilərlər.
Ciddi ürək, böyrək və ya qan xəstəlikləri və ya hər hansı xoşagəlməz hadisə nəticəsində aldığı ağır xəsarətlər nəticəsində qadın öz həyatını riskə atmamaq və körpənin inkişafına təsir etməmək üçün hamiləliyi dayandırmaq qərarına gəlirlər.
Planlı və arzulanan hamiləliklərdə qadınlar həm hamiləliyin şoku, həm də sağlamlıq vəziyyətləri səbəbi ilə   bəzən öz həyatları ilə körpənin həyatı arasında seçim etməli olduqlarını hiss edə bilirlər. Bu düşüncələr əslində bu prosesin yaratdığı hədsiz kədər və narahatlığa əsaslanan düşüncə təhrifləridir. Buna görə də, qadının sağlamlıq vəziyyətinə görə abort etdirməli olduğu hallarda, psixoloji dəstək almaq qadına bu çətin qərarın emosional nəticələrinin öhdəsindən gəlməyə kömək edə bilər.
Valideynlərin xüsusilə arzulanan və planlaşdırılmış hamiləlik dövründə ən çox qorxduqları başqa bir məsələ də hamiləlik dövründə körpənin inkişafında anormallıqların aşkarlanmasıdır. Dölün bəzi orqanlarının ana bətnində sağ qalmasına mane olacaq qədər inkişaf etmədiyini təyin etməklə cütlüklər çox vaxt körpənin əqli və ya fiziki qüsurla və ya ömür boyu müalicə tələb edən xəstəliklərlə doğulma ehtimalını düşünrək onu dünyaya gətirməkdən vaz keçirlər.
Belə hallarda bir çox cütlük ilkin olaraq abort etdirməyi öz övladının qayğısından qaçmaqla müqayisə edə bilər və bu uşağın doğulmasına görə məsuliyyət hiss edə bilər. Ancaq bu qərar ümumiyyətlə cütlüyün, xüsusilə qadının körpəsindən ayrılmamaq üçün duyğusal mübarizəsidir. 
Bu müddət ərzində, xüsusən də qadınlar bu qərarı vermək məcburiyyətində qaldıqlarını hiss etdikdə, abortdan sonra özlərini günahlandırmaq, günah işlətdiklərini düşünmək, Allahın onlara bir daha uşaq verməyəcəyinə inanmaq kimi depressiv əhval-ruhiyyə yaşaya bilərlər. Bu günahı ya da gələcək bütün hamiləliklərində eyni vəziyyətlə yenidən qarşılaşacaqlarından qorxaraq yaşaya bilirlər. Bu səbəbdən həm qadınların, həm də körpəsini birlikdə gözləyən və körpə itkisinin kədərini çəkən cütlüklərin bu müddət ərzində psixoloji dəstək alması çox əhəmiyyətlidir.
Gözlənilməyən hamiləliklərin sonlandırılmasına maddi problemlər də başlıca rol oynayır.
Adətən planlaşdırılmamış hamiləliklər ilk dəfə valideyn olmağa hazır olmadıqları və ya uşaqları olsalar da yenidən valideyn olmağa hazır olmadıqları zamanyaranan bir vəziyyətdir.
Ancaq cütlüyün sosial-iqtisadi səviyyəsi yaxşı olsa da, sağlamlıq problemi və ya şəxsi münasibət problemi olmasa da, cütlük həyat planlarına zidd bir hamiləlik prosesi ilə üzləşmiş ola bilər. 
Bundan əlavə, valideynlərin yaşının çox olması, yeni doğulan körpə ilə daha əvvəl doğulan uşaqlar arasında ciddi yaş fərqinin olacağı düşüncəsi, iş həyatının qadından həddindən artıq asılı və tələbkar olması kimi şərtlər hamiləlik prosesi qadını abort etdirməyə qərar verə bilər. Bu prosesin cütlük tərəfindən necə şərh olunacağı və bu qərarın necə birgə alınacağı da abortdan əvvəl və sonra əks olunacaq psixoloji təsirlərdə mühüm rol oynayır.
Xüsusən ölkəmizdə cinsəllik, şəxsi həyat və abort asanlıqla müzakirə olunacaq mövzular deyil. Cinsi münasibətlərdən danışmağın ayıb sayılan, abort etdirməyin günah sayıldığı bir cəmiyyətdə qadın və kişi sağlam münasibətləri öyrənə bilmir.
Belə mövzuları düzgün məlumatla sağlam şəkildə öyrənmək mümkün olmadıqda gözlənilməz hamiləlik riski artır. Bu səbəbdən planlaşdırılmamış sürpriz hamiləlik keçirən qadınlar və hamiləliyə qarışan kişilər bu prosesin necə baş verdiyini, niyə baş verdiyini, indi nə edəcəyini və necə olacağını bilmədən həddindən artıq narahatlıq və proseslə bağlı dərin qorxu yaşaya bilirlər. 
Abort qadınlara edilən cərrahi müdaxilə olsa da, abort zamanı baş verənlərdən kişilər də çox təsirlənə bilər. Hətta bir çox cütlüklər arasında abortla bağlı fikir ziddiyyətləri də ola bilər. Bu konfliktlərdən ən çox rast gəlinənləri kişinin körpənin dünyaya gəlməsini istəməsi, amma qadının körpəni dünyaya gətirməməsi və ya əksinə, qadının doğum etmək istəməsi, ancaq kişinin uşağı istəməməsi ilə bağlıdır.
Bu proses zamanı yaranan qarşıdurmalar cütlük arasında ciddi gərginliyə səbəb ola bilər və bu gərginlik cütlük münasibətlərində uzun müddət davam edə biləcək inam problemlərinə gətirib çıxara bilər.
Abort prosesinin emosional yüklərini kişi nöqteyi-nəzərindən nəzərdən keçirdikdə, kişilər də qadınlar kimi abortdan sonra körpəni itirməyin kədərini yaşaya, özlərini günahkar hiss edə bilərlər. Bütün bunlar həm qadınların, həm də kişilərin həyatında uzunmüddətli travmatik təsirlərə səbəb ola bilər.
Bütün bunların nəticəsi olaraq, xüsusən də qadınlarda bədənlərinin eybəcər olduğunu düşünən obsesif düşüncələr və bədənlərinin həddindən artıq təmizlənməsinə qarşı obsesif davranışlar, cütlərdə (həm kişilərdə, həm də qadınlarda) depressiya, travma sonrası stress pozğunluğu, yuxu pozğunluq, panik pozğunluğu, yemək pozğunluğu və psixosomatik ağrılar yaşana bilər.
Bütün bu simptomlar psixoloji dəstək olmadan öz-özünə qalıcı şəkildə sağalacaq düşüncələr və ya davranışlar deyil. Buna görə də simptomların yaxşılaşması üçün bu simptomların şiddətindən asılı olaraq bir psixoloqa müraciət etmək və uzunmüddətli psixoterapiya dəstəyi almaq lazım ola bilər.
Qeyd eedim ki, bu psixoterapiya prosesində tətbiq edilən üsullar abort səbəblərinə görə dəyişir. Fərdi terapiya, cüt terapiyası və EMDR terapiyası bu prosesdə ən yaxşı üsullardandır".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31