“Bakı Kart”ın direktoru dəyişdi

Paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-nin rəhbəri dəyişib.

Olaylar.az banker.az.az-a istinadən xəbər verir ki, şirkətə Allahverdiyev Məmməd Ənvər oğlu direktor təyin edilib.

O, bu vəzifədə Bayramov Orxan Xanlar oğlunu əvəz edib.

Bundan öncə rəhbər olmuş şəxslər isə Kərimli Nərmin Şahlar qızı və Əliyev Əli Rəşid oğlu olub.

Qeyd edək ki, "K Group" 2014-cü ildə yaradılıb və nizamnamə kapitalı 23 milyon manatdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31