Bu ərazidə hərəkət 2 günlük məhdudlaşdırılacaq
8 Avqust 2024 16:30 SosialBakı şəhəri, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət avqustun 10-u saat 06:00-dan avqustun 12-si saat 09:00-dək davam edəcək.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31