Evlilikdən əvvəl psixoloji sağlamlıq haqqında arayışın alınması zəruridir- ÖZƏL
8 Avqust 2024 13:04 Sosial"Şəxslər arasında münasibətləri yaxşılaşdırmaq, yeni bacarıqlar öyrənmək və davranışlarını dəyişmək istəyən cütlüklərə, boşanma qərarına əsəb ilə qərar verən və ya evlilik qərarı alan şəxslər arasında evlilik öncəsi psixoloji dəyərləndirmə oldugca önəmlidir. Evlənmədən əvvəl psixoloji imuminitet yaratmaq cütlüklər arasında gələcəkdə qarşılaşa biləcəkləri problemlərə hazırlaşmaq üçün yaxşı vaxtdır".
"Olaylar" xəbər verir ki, bunu Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisis, psixoloq Mehriban Ağabalayeva deyib. Bildirib ki, yeni evlənənlər başlanğıcda yüksək səviyyədə məmnunluq yaşadıqlarını bildirsələr də, 1-2 ildən sonra cütlüklər münasibətlərində yeni rollar və ehtiyaclarla üzləşməli, münaqişələr və boşanmalar qaçılmaz hala çevirilir: "Dünyada və ölkəmizdə boşanma nisbətlərinə baxdığımızda evlilikdən əvvəl psixoloji konsultasiyanın və psixoloji sağlamlıq haqqında arayışın zəruriliyi vacib görünür.
Statistikaya görə, ABŞ-da ilk nikahların təxminən 50%-i, Avstraliyada isə 35%-40%-i boşanma ilə nəticələnir və bu dəyərləndirmə Amerikada 1970- ci ildən tətbiq olunaraq insanlara seçimlərində və ailə həyatlarında daha sağlam psixoloji mühit yaratmağa yardımçı olur. Ölkəmizdə isə Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında 16226 boşanma qeydə alınıb. Bu, 2022-ci ilin eyni dövrünə nəzərən 31,3 faiz çoxdur. İnsanlar özlərini hazır hiss edərək evlənsələr də, bəziləri evlilikdən gözləntilərini qarşılaya bilmir və münasibətlərini boşanmaqla bitirir. Cəmiyyətdə boşanma halları artdıqca, nikahdan əvvəl alınacaq ehtiyat tədbirlərinin əhəmiyyəti daha da aydınlaşır".
Onun bildirdiyinə görə, boşanmaların səbəbləri ilə bağlı çoxlu araşdırmalar aparılıb. Araşdırmalar göstərib ki, bir çox cütlük evlilik həyatına uyğunlaşmaqda çətinlik çəkir. Ortada görünən amilləri dəyərləndirsək baxarıq ki, insanların xoşbəxt olmaq istəyi ilə tələbləri və həyat keyfiyyətləri arasında uçurumlar var, bu hal isə öz növbəsində insanları böyük fruturasiyaya salaraq məyusluq gətirir: "Cütlüklər həm də evliliyə uyğunlaşmaqda çətinlik çəkir. Evlilik məmnunluğunun azalması və nəticədə boşanmaların ortaya çıxması cütlərin münaqişələri düzgün həll edə bilməməsi ilə əlaqədardır. Bir çox cütlük münaqişələri effektiv şəkildə həll etməyə kömək edəcək ünsiyyət bacarıqlarından məhrumdur. Evliliyə nə zaman hazır oluruq deyən zaman, cütlüklərin uyğunluluğunu müəyyənləşdirərək özlərini ifadə edə biləcəkləri və gizli qorxularının üzə çıxdığı, övlad yetişdirməyə hazırlıqları, bərabər yuva qurmagda çəkdiyi çətinliklər və ortaya çıxan digər ikinci dərəcəli qohum problemləri ilə necə bir həll yolunun tapılmasına yardımçı olacaqdır. Azərbaycanda ilk dəfə bu formada dəyərləndirmə Psixologiya Elmi tətqiqat İnstitutu tərəfindən həyata keçirilir, uyğunluluq müəyyən edilirərək həm də şəxslərə qısamüddətli bir terapiya mezanizması tətbiq olunur ki, insanlar psixi sağlam olaraq xoşbəxt ailə təməlini qursunlar. Xoşbəxt ailələr xoşbəxt və firəvan cəmiyyət deməkdir".
Alim Hüseynli
Olaylar.az