Abituriyentləri bu qədər gərginliyə salmaqda məqsəd nədir? - ÖZƏL
8 Avqust 2024 10:16 Sosial"Bu gün avqsutun 8-idir və Dövlət İmtahan Mərkəzi 9-19 avqustda ali məktəblərə həyata keçirəcəyi elektron ixtisas seçimi üçün abituriyent 4 jurnalını nəşr etdirməyib.
Elan ediblər ki, bu gün ərzində satışda olacaq. Bu gün çap olunan jurnal ucqar kəndlərə nə vaxt çatacaq? Abituriyentləri bu qədər gərginliyə salmaqda DİM-in məqsədi nədir?"

"Olaylar" xəbər verir ki, bunu təhsil məslələri üzrə ekspert Kamran Əsədov deyib:
" Məndə may ayında bu ilin qəbul plan yeri və elə abituriyent 4-də olacaq bütün informasiyalar var. Bəs 3 aydır qurum niyə bunu çap etmir? Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edir ki, ixtisas seçimi ilə bağlı heç kimə müraciət etməyin, özünüz ixtisasları seçin.
Məhz elə hər il DİM-in yalnış statistik yanaşmasına görə 100-lərlə 500-600-dən çox bal toplayan abituriyent qəbul ola bilmir və ya istəmədiyi ixtisasa qəbul olur. Ardınca da DİM özü özəl universitetlərdə abituriyent məsləhət mərkəzi yaradır. Dünyanın bütün ölkələrində kariyera məsləhətçiləri var və onlar ödənişli əsaslarla xidmət edirlər. Çünki gənclər ali məktəblərin ixtisasları barədə məlumatlı deyillər. Hətta DİM-in təlim keçdiyi o məsləhət mərkəzində oturub öz özəl universitetlərini israr-israr gələn abituriyentə sırıyan təlimçilərin də ixtisaslar barədə məlumatı yoxdur".
Alim Hüseynli
Olaylar.az