Tezliklə Xankəndi regionun aparıcı təhsil mərkəzlərindən birinə çevriləcək

"Qarabağ Universitetindəki təyinatlar bir daha təsdiq edir ki, tezliklə Xankəndi regionun aparıcı təhsil mərkəzlərindən birinə çevriləcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, Xankəndində çalışacaq gənc mütəxəssislərin kifayət qədər potensiallı və innovativ olması da tarixi şəhərimizdə təhsilinin inkişafı üçün yeni imkanlar yaradır: "Həyat və sevinclə bərabər təhsil də Qarabağa qayıdır. Bu çox qısa zamanda Qarabağda təhsil ənənəsinin bərpa olunacağından və həmin regionumuzda insan kapitalının daha da inkişaf edəcəyindən xəbər verir. Qarabağ Universitetində çalışacaq bütün həmkarlarımızı və dostlarımızı təbrik edir və onlara tarixi işlərində uğurlar arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31