Yaşa görə pensiya alanların sayı artır - RƏSMİ

Azərbaycanda yaşa görə pensiya alanların sayında artım davam edir. 

Olaylar.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, 2024-cü ilin iyulunda yaşa görə pensiya alanların sayı 709 800 nəfərdən çox olub. 

2024-cü ilin nəticələrini də nəzərə alsaq, artıq ikinci ildir ki, ölkəmizdə yaşa görə pensiya alanların sayı artır. 2022-ci ilin sonunda yaşa görə pensiya alanların sayı bir qədər də azalaraq 696 266 nəfərə düşmüşdü. Həmin ildə 2009-cu ildə qeydə alınan ən yüksək göstərici (858 659 nəfər) ilə müqayisədə pensiyaçıların sayında 162 min nəfərdən çox azalma baş vermişdi. 

2023-cü ildən yaşa görə pensiya alanların sayı yenidən artır. Yaşa görə pensiya alanların sayı 2023-cü ilin dekabrında 705 min nəfəri ötüb, bu ilin iyulunda isə 710 min nəfərə çatıb. Müqayisə göstərir ki, son ilyarımda yaşa görə pensiya alanların sayı 13,6 min nəfərdən çox artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31