Cərimə cəzasını necə təxirə salmaq olar? - ÖZƏL
7 Avqust 2024 12:28 SosialBəzi hallarda vətəndaşlar cərimə cəzasının təxirə salınması və ya onun hissə-hissə ödənilməsi üçün nə etmək lazım olduğunu bilmədiklərindən problem yaşamalı olurlar. Lakin, mövcud qanunvericiliyə görə, cərimə cəzasının təxirə salınması və ya onun hissə-hissə ödənilməsi mümkündür. Elə isə cərimə cəzasının təxirə salınması və ya onun hissə-hissə ödənilməsi üçün nə etmək lazımdır? "Olaylar" xəbər verir ki, Cəzaların İcrası Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, məhkum cəriməni üzrlü səbəbdən bir ay müddətində ödəyə bilmədikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 510.3-cü maddəsinə uyğun olaraq, məhkəmə məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin altı ayadək müddətə təxirə salınması və ya müddəti göstərilməklə onun hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər.
Alim Hüseynli
Olaylar.az