İctimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərə də elektron nəzarət vasitəsi tətbiq edilir- ÖZƏL
7 Avqust 2024 12:24 Sosialİctimai işlər növündə cəzaya məhkum edilmiş şəxs cəzanın icrası zamanı hansı vəzifələri yerinə yetirməlidir? "Olaylar" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Cəzaların İcrası Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməlidirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.
Alim Hüseynli
Olaylar.az